Azərbaycan Dövlət İnformasiya Agentliyi

Öz gözündə tiri görmür....

Öz gözündə tiri görmür....

Bakı, 21 avqust (AZƏRTAC). Rusiyanın “Tribuna” qəzetinin 20 avqust nömrəsində Alesya Dovlatovanın “Təhlükəli dezinformasiya. Rusiyanın yaxın müttəfiqləri onu hansı oyunlara çəkməyə cəhd edirlər?” sərlövhəli məqaləsi dərc olunub.

Material Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin bu ayın əvvəlində Soçidə keçirilən görüşünə həsr olunub. Müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın vasitəçilik rolundan bəhs edir. Ölkəsinin Ermənistanla və Azərbaycanla münasibətlərini xarakterizə edən A.Dovlatova yazır: “Ermənistan Rusiyanın tarixi müttəfiqi hesab edilir, bu ölkə Avrasiya İttifaqına daxil olmağa hazırlaşır. Eyni zamanda, ölkəmizin Azərbaycanla da yaxşı münasibətləri var. Bu ölkədə rus məktəblərini və qəzetləri bağlamırlar, “sovet işğalı muzeyi” yaratmırlar, ümumiyyətlə, Rusiya əleyhinə təbliğatla məşğul olmurlar. Əvəzində siyasi islahatları uğurla həyata keçirirlər, on il ərzində iqtisadiyyatda böyük uğurlar əldə ediblər, 9 milyon əhalisi olan ölkədə bir milyonadək yeni iş yeri yaradıblar, işsizliyi və yoxsulluğu 49 faizdən təxminən beş faizədək endiriblər... Azərbaycan bu gün Rusiyanın mühüm siyasi və iqtisadi tərəfdaşıdır”.

Soçi görüşünün bəzi təfərrüatlarından söz açan müəllif yazır ki, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edən dörd qətnaməsini xatırladıb və təəssüfləndiyini bildirib ki, iyirmi ildən çox keçməsinə baxmayaraq, bu qətnamələr hələ də kağız üzərində qalıb. Buna cavab olaraq Serj Sarkisyan bildirib ki, qətnamənin bəndini yerinə yetirən, hərbi əməliyyatları dayandırmaq üçün öz nüfuzundan istifadə edən təkcə Ermənistan olub”.

Jurnalist daha sonra yazır: “Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası əhəmiyyətsiz məsələlərə görə toplaşmır. O, həqiqətən, dörd dəfə toplaşıb və dörd qətnamə qəbul edib. 822 nömrəli qətnamə 1993-cü il aprelin 30-da, Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsindən sonra qəbul olunub. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin dəstəkləndiyi ifadə olunur və Ermənistan qoşunlarının Kəlbəcər rayonundan, eləcə də Azərbaycanın yaxın vaxtlarda işğal olunmuş digər regionlarından çıxarılması tələbi irəli sürülür. 853 nömrəli digər qətnamə 1993-cü il iyulun 29-da, Ermənistanın Azərbaycanın Ağdam rayonunu işğalından sonra qəbul edilib. Bu sənəddə də Azərbaycanın ərazi bütövlüyü tanınır və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasına çağırılır. 1993-cü il oktyabrın 14-də, Ermənistanın və Azərbaycanın ərazi münaqişəsinin davam etməsi fonunda 874 nömrəli qətnamə qəbul olunub. 1993-cü il noyabrın 12-də Füzuli rayonundakı Horadiz qəsəbəsinin və Zəngilan rayonunun Ermənistan tərəfindən işğalından sonra daha bir sənəd - BMT Təhlükəsizlik Şurasının 884 nömrəli qətnaməsi qəbul edilib. Yenə həmin əsas bəndlərlə - Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, işğal olunmuş rayonlardan qoşunların çıxarılması. Bütün bu müddətdə regionda hərbi əməliyyatlar davam edir. Nəzərə almaq lazımdır ki, barışıqdan hər dəfə məhz Ermənistan imtina edir”.

Məqalədə deyilir ki, Azərbaycanda daxili siyasi qeyri-sabitlik dövrü Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başa çatdı. “O, digər işlər sırasında, tələm-tələsik təşkil edilmiş ərazi özünümüdafiə qruplaşmalarını əsl orduya - nizam-intizamlı, vahid rəhbərliyi, sərt komanda vertikalı olan orduya çevirməyə başladı”. “...Cəbhə xəttində artıq Azərbaycan hücuma keçir, - deyə müəllif davam edir, - Horadiz və daha bir neçə kənd və qəsəbə azad edilir. Yerevanda deyəsən dərk edirlər ki, müharibə daha birtərəfli olmayacaq. Bundan sonra Azərbaycanın müdafiə xəttinin ön hissələrinin döyüş qabiliyyətini ehtiyatla yoxlamağa cəhd etsələr də, irimiqyaslı hərbi əməliyyatlara keçmədilər. Lakin BMT Təhlükəsizlik Şurasının qoşunları Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılmasını tələb edən, hazırda bir sıra digər sənədlərin də əlavə olunduğu qətnamələrə Ermənistan indiyədək əməl etməyib. Soçi danışıqlarında Azərbaycan Prezidenti məhz bunu xatırladırdı”.

Məqalədə vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri konkret beynəlxalq sənədlərdir ki, konkret hadisə ilə əlaqədar qəbul edilib və konkret tələb irəli sürür - xarici qoşunlar Azərbaycanın ərazisindən çıxarılsın. Bu tələb artıq iyirmi ildir ki, yerinə yetirilməmiş qalır.

Jurnalist sual edir: “Lakin Ermənistan prezidentinin səsləndirdiyi versiyaya görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrini məhz Azərbaycan yerinə yetirmir. Lakin Azərbaycan bu qətnamələri dinc yolla necə yerinə yetirməli idi? Qanuni ərazilərindən tamamilə imtina etsin? Torpaqlarının iyirmi faizini qonşusuna bağışlasın?”.

Müəllif məqalənin sonunda qeyd edir: “Serj Sarkisyanın bu cür bəyanatlarına el arasında “öz gözündə tiri görməyib özgə gözündə tük axtarmaq” deyirlər. “Böyük siyasətdə” isə bunun adı təxribatdır. Lakin Ermənistan prezidenti bu cür təxribat xarakterli bəyanatlarla Yerevanda və yaxud Gümrüdə tərəfdarlarının mitinqində deyil, Rusiyanın Soçi şəhərində, Rusiya və Azərbaycan prezidentləri ilə görüşdə, Rusiyanın vasitəçilik rolunu öz üzərinə götürdüyü Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüşdə çıxış edib. Bu isə o deməkdir ki, Serj Sarkisyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini dərk etməsi həm də bizim problemimiz ola bilər”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO