ÖZBƏKİSTAN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ VƏ SUVERENLİYİNİ DƏSTƏKLƏYİR
Görüş zamanı səfir Aydın Əzimbəyov Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində süni şəkildə əhali yerləşdirməsi, təbii sərvətlərimizi talaması haqqında məlumat verərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Baş Məclisinin 59-cu sessiyasında müzakirə ediləcəyini bildirmişdir.
İlham Nemətov qeyd etmişdir ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır. Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin martında Özbəkistana səfəri zamanı Prezident İslam Kərimov bir daha vurğulamışdır ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. O demişdir ki, Özbəkistan BMT-nin Baş Məclisində Azərbaycanın haqq işini dəstəkləyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:04]
Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb
- 06.10.2026 [17:03]
Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq
- 06.10.2026 [16:58]
Gürcüstanda yanacaq yenidən bahalaşıb
- 06.10.2026 [16:49]
İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb
- 06.10.2026 [16:19]