DÜNYA
Özbəkistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilərdə səsvermə başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Seçki məntəqələri saat 20:00-da bağlanıb və səslərin hesablanması başlayıb.
Yekun seçici fəallığı və seçkilərin nəticələri ilə bağlı ilkin məlumatlar oktyabrın 28-də açıqlanacaq.
Seçkilərdə Özbəkistan Liberal Demokrat Partiyası (UzLiDeP), Özbəkistan Xalq Demokratik Partiyası (ÖXDP), Özbəkistanın “Milliy Tiklanish” Demokratik Partiyası (“Milli Dirçəliş”), “Adolat” Sosial Demokrat Partiyası (“Ədalət”) və Ekologiya Partiyası mübarizə aparıb.