ÖZBƏKİSTANDA MƏMUR ÖZBAŞINALIĞI BAŞ ALIB GEDİRDİ
Onun sözlərinə görə, “2005-ci ildə məmurlar sahibkarlıq haqqında qanunu təxminən 190 min dəfə pozmuşlar. Bu pozuntuların 29 mini biznesmen və fermerlərə torpaq ayrılarkən qeydə alınmış, iş adamlarını, demək olar, 14 min dəfə əsassız cərimələmişlər, təxminən 3 min sahibkar lisenziya alarkən ziyan çəkmişdir”.
Matrasulov demişdir ki, təkcə keçən il Ədliyyə Nazirliyi sahibkarların, əcnəbi sərmayəçilərin mənafelərini qoruyaraq, 20 mindən çox iddia qaldırmışdır. Nəticədə 3,5 min nəfər vəzifəli şəxs tənbeh almış, 1,5 min nəfər rəhbər vəzifədən uzaqlaşdırılmış, 17 nəfər məhkum edilmişdir. Biznesin nəfinə məhkəmə vasitəsilə təxminən 40 milyon dollar cərimə kəsilmişdir.
Ədliyyə Nazirliyi nümayəndəsinin fikrincə, Özbəkistan Prezidenti İslam Kərimovun Fərmanı ilə 2005-ci ilin ikinci yarısından vergi orqanları biznesmenləri cəzalandırmaq hüququndan məhrum edildikdən sonra sahibkarlar rahat nəfəs almışlar. İndi vergi orqanları məhkəməyə müraciət etməlidirlər, məhkəmə isə çox vaxt, haqlı olaraq, iş adamlarının tərəfini saxlayır.
Keçən il Özbəkistanın ümumi daxili məhsulunda kiçik biznesin və sahibkarlığın payı 38 faiz olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:59]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]