Özbəkistanda universitetlərin əlaçı tələbələrinə “Heydər Əliyev təqaüdü” təqdim olunub
Bakı, 29 dekabr, AZƏRTAC
“Heydər Əliyev İli” ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təsis etdiyi “Heydər Əliyev təqaüdü”nə layiq görülmüş əlaçı tələbələrin adları aşıqlanıb.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu birdəfəlik təqaüd Özbəkistandakı 7 aparıcı universitetin əlaçı tələbələrinə verilib.
Qaliblərin müəyyənləşdirilməsi sözügedən universitetlərin rektorlarının Azərbaycan Mədəniyyət Mərkəzinə göndərdikləri təqdimat əsasında həyata keçirilib.
“Heydər Əliyev təqaüdü” tələbələrə ilin yekunları ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan mükafatlandırma mərasimində təqdim olunub.