Pakistanda ekstremistlərin hücumu zamanı dörd polis həlak olub
Bakı, 30 mart, AZƏRTAC
Pakistanda ekstremistlərin Hayber-Paxtunxva əyalətindəki nəzarət-buraxılış məntəqələrinin birinə hücumu nəticəsində azı dörd polis əməkdaşı həlak olub, altı nəfər yaralanıb.
AZƏRTAC “The News” nəşrinə istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Hücumun qarşısını almaq üçün köməyə göndərilən dörd polis əməkdaşı ekstremistlərin yolda yerləşdirdikləri partlayıcı qurğunun işə düşməsi nəticəsində həyatını itirib.
Hücum dəf edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində əməliyyat-axtarış tədbirlərinə başlayıb.
Pakistanda qadağan edilmiş “Təhrik-e-Taliban” qruplaşması 2022-ci ilin iyununda hökumətlə bağladığı atəşkəs sazişindən çıxdığını elan etdikdən sonra Hayber-Paxtunxva əyalətində vəziyyət gərginləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]