Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdə olub
Bakı, 20 iyun, AZƏRTAC
Pakistan İslam Respublikası Hərbi Hava Qüvvələrinin (HHQ) Hərbi Akademiyasının qərargah kursunda təhsil alan Pakistan, Cənubi Afrika Respublikası, Oman və Çin Xalq Respublikası HHQ-nin yüksəkrütbəli zabitlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tanışlıq səfəri çərçivəsində briqada generalı Məhəmməd Camal Ərşadın başçılıq etdiyi heyət Azərbaycan Hərbi Hava Qüvvələrinin bazası və Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edib, eləcə də aidiyyəti dövlət qurumları və təhsil müəssisələrində görüşlər keçiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.08.2026 [09:00]
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür
- 03.08.2026 [19:21]
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
- 03.08.2026 [14:46]
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
- 02.08.2026 [13:12]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 31.07.2026 [15:59]