Papa Fransisk əməliyyat olunduğu xəstəxanadan evə buraxılıb
Vatikan, 16 iyun, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk əməliyyat olunduğu Romadakı Gemelli xəstəxanasından iyunun 16-da evə buraxılıb.
AZƏRTAC xəbər verir ki, Papa Fransisk xəstəxananın qarşısında toplaşan jurnalistlərin suallarını cavablandırıb, səhhətinin yaxşı olduğunu deyib.
Həkimlər klinik yoxlamaların müntəzəm davam etdiyini, testlərin nəticələrinin müsbət olduğunu, Papa Fransiskin gecə ərzində yaxşı dincəldiyini bildiriblər.
Xatırladaq ki, Papa Fransisk klinik testlər üçün iyunun 6-da Gemelli xəstəxanasında tibbi yoxlamalardan keçib, iyunun 7-də isə laparotomiya və qarın divarının protezlə plastik əməliyyatını keçirib.
Roma Papası indiyədək üç dəfə xəstəxanaya yerləşdirilib. O, 2021-ci il iyulun 4-də yoğun bağırsağından əməliyyat olunub və 10 gün müşahidə altında qalıb. Sonuncu dəfə isə martın 29-da tənəffüs problemlərinə səbəb olan yoluxucu bronxitlə bağlı xəstəxanaya yerləşdirilib və aprelin 1-də evə buraxılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]