Papa Fransisk: Vatikanda mənim ölməyimə ümid edənlər olub
Vatikan, 14 mart, AZƏRTAC
Müalicə üçün xəstəxanaya yerləşdirildiyim zaman mənim ölməyimə və ya istefaya verəcəyimə ümid edənlər olub.
AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib.
İtaliya mediasının yaydığı məlumata görə, 87 yaşlı pontifik istefa vermək üçün heç bir səbəb görmədiyini bildirib. O, ciddi bir narahatlığı olmadığı təqdirdə istefa verməyəcəyini vurğulayıb.
“Çətin anlara baxmayaraq, istefa vermək fikrim olmayıb. Bəzi insanlar xəstəxanaya yerləşdirildikdən sonra belə bir açıqlama verəcəyimə ümid edirdi, amma belə bir risk yoxdur. Səhhətim yaxşıdır, həyata keçirməli olduğum çoxlu layihələrim var”, - deyə Roma Papası əlavə edib.
Qeyd edək ki, Papa Fransisk indiyədək üç dəfə, bu il isə iki dəfə xəstəxanaya yerləşdirilib. O, kəskin və yoluxucu bronxit olduğunu bildirib. Ağciyər iltihabından əziyyət çəkən Roma Papası səhhətindəki problemlə əlaqədar Dubayda keçirilən BMT-nin COP28 iqlim sammitində iştirak etməyib. Pontifik diz ağrısı səbəbindən bir müddətdir uzun səfərlər zamanı əlil arabasından istifadə edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]