Papua-Yeni Qvineyada tayfalararası toqquşmalarda azı 64 nəfər ölüb
Bakı, 19 fevral, AZƏRTAC
Papua Yeni Qvineyanın yüksək dağlıq ərazilərində tayfalararası toqquşmalar azı 64 nəfərin həyatına son qoyub.
AZƏRTAC xəbər verir ki, yerli “Post-Kuryer” qəzetinin yaydığı məlumata görə, hərbi əməliyyatlar bazar günü Enqa əyalətinin Vapenamanda rayonunda başlayıb. Polis indiyədək yol kənarlarında, otlaqlarda və təpələrdə 64 nəfərin cəsədini aşkarlayıb. Ölənlərin sayının atacağı istisna olunmur.
Nəşr xatırladır ki, 2023-cü ildə də həmin tayfalar 60-dan çox insanın ölümü ilə nəticələnən qarşıdurmada iştirak etmişdi. Həmin vaxt tayfalararası toqquşmalar səbəbindən Enqa əyaləti bir neçə ay ətraf aləmdən təcrid olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]