Papua-Yeni Qvineyanın paytaxtında polisin tətili iğtişaşlara çevrilib
Bakı, 10 yanvar, AZƏRTAC
Papua Yeni Qvineyanın paytaxtı Port Morsbidə polis və hərbçilərin tətili fonunda genişmiqyaslı iğtişaşlar baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Papua New Guinea Post Courier” nəşri məlumat yayıb.
Məlumata görə, iğtişaşçılar paytaxtda mağazaları qarət edib və yandırıblar. Hakimiyyət yerli sakinləri sakitliyə və zəruri ehtiyac yaranmadığı təqdirdə evlərindən çıxmamağa çağırıb.
Papua-Yeni Qvineyanın Müdafiə Nazirliyinin hərbçiləri, polis əməkdaşları və penitensiar müəssisələrin işçiləri “maaşlardan səbəbsiz pul tutulmasına” etiraz edir. Ən azı 200 polis və hərbçinin iştirak etdiyi aksiya yerli parlament binasının yaxınlığında başlayıb. Ölkənin Baş naziri Ceyms Marape problemin əməkhaqqı sistemindəki nasazlıqdan qaynaqlandığını və tutulan vəsaitin tam şəkildə ödəniləcəyini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]