Paralimpiyaçı cüdoçular arasında dünya çempionatında Azərbaycan millisi 14 idmançı ilə təmsil olunur
Bakı, 16 noyabr, AZƏRTAC
Noyabrın 16-da Portuqaliyanın Odivelas şəhərində paralimpiyaçı cüdoçular arasında
Beynəlxalq Korlar İdmanı Federasiyasının (IBSA) dünya çempionatına start verilib.
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, yarışlarda milli komandamız 14 idmançı ilə təmsil olunur.
Yarışın birinci günündə kişilər arasında yarışlarda Orxan Qarayev, Vüqar Şirinli (hər ikisi 60 kq), Bayram Mustafayev, Namiq Abbaslı (hər ikisi 66 kq) və Ramil Qasımov (73 kq) mübarizə aparırlar. Qadınların yarışında Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq) və Səbinə Abdullayeva (57 kq) tatami üzərinə çıxacaqlar.
Yarışlara noyabrın 18-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]