Paris Azərbaycan Evi Ermənistanın təxribatları ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
Bakı, 19 sentyabr, AZƏRTAC
Fransada fəaliyyət göstərən Paris Azərbaycan Evi ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə beynəlxalq təşkilatlara müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin 12 sentyabr 2022-ci il tarixində gecədən başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.
Diqqətə çatdırılıb ki, paytaxt Parisdə yaşayan Azərbaycan icması beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasətinə görə dərin narahatlıq hissi keçirir. Bəyanatda, həmçinin Azərbaycanın təşəbbüsü və Avropa İttifaqının vasitəçiliyi ilə aparılan normallaşma və sülh danışıqları prosesinə Ermənistanın hər vəchlə mane olmağa çalışdığı açıq-aşkar göz önündə olduğu vurğulanır.
Paris Azərbaycan Evi beynəlxalq qurumları Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində səylərini artırmağa və əməli addımlar atmağa çağırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]