Paris meri Makronu ölkədə parçalanma yaratmaqda ittiham edib

Bakı, 25 iyul, AZƏRTAC
Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyanı buraxaraq növbədənkənar seçkilər təyin etməklə ölkəni parçalanmaya sürükləyib.
AZƏRTAC xəbər verir ki, bunu Paris meri Ann İdalqo “Tribune de Geneve” qəzetinə müsahibəsində söyləyib.
“Fransa cəmiyyəti parçalanıb, xaos mühəndisləri parçalanma zəncirinə gətirib çıxarıb... Emmanuel Makron ifrat sağ və ifrat sol üçün, populistlər üçün böyük bir meydan buraxaraq, sol və sağın ortaya çıxmasına şərait yaradıb”, - deyə xanım mer bildirib.
Ann İdalqo Olimpiya Oyunları ərəfəsində parlamentin buraxılmasını məsuliyyətsiz və təhlükəli addım adlandırıb, çünki bu, sağçıların hakimiyyətə gəlməsinə səbəb ola bilərdi. Bununla belə, İdalqonun fikrincə, Olimpiada birləşdirici amilə çevrilə bilər.
Xatırladaq ki, Emmanuel Makron iyunun 9-da Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın buraxıldığını və erkən seçkilər keçiriləcəyini elan etmişdi.
İyunun 30-da və iyulun 7-də keçirilən seçkilərin nəticələrinə görə, solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası assambleyadakı 577 yerdən 182-ni qazanaraq qalib gəlib. İkinci yeri 168 mandatla prezident Emmanuel Makronun “Respublika naminə birlikdə” koalisiyası tutub. Sağçı “Milli birlik” partiyası isə 143 mandat qazanıb. Beləliklə, heç bir siyasi qüvvə yeni hökuməti formalaşdırmaq üçün səs çoxluğu əldə edə bilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.06.2025 [21:02]
İtaliya İsraillə İran arasında atəşkəsi alqışlayır
- 24.06.2025 [20:24]
Papa Leo Dəməşqdəki kilsəyə hücumdan kədərlənir
- 24.06.2025 [19:18]
Qətər İsrail ilə İran arasında atəşkəs razılaşmasını alqışlayır
- 24.06.2025 [18:06]
Somalidə silahlı qruplaşmanın 13 üzvü zərərsizləşdirilib
- 24.06.2025 [17:49]
Rusiyanın Dneprə hücumu nəticəsində həlak olanların sayı yeddiyə çatıb
- 24.06.2025 [17:40]