Paris Olimpiya Oyunlarında Rusiya bayrağının nümayişinə icazə verilməyəcək
Bakı, 8 sentyabr, AZƏRTAC
Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya bayrağının nümayişinə icazə verilməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “L'Equipe” qəzetinə verdiyi müsahibədə bildirib.
“Paris Olimpiya Oyunlarında Rusiya bayrağı ola bilməz. Rusiyanın müharibə etdiyinə görə 2024-cü il Olimpiadasında yeri yoxdur”, - deyə Makron qeyd edib.
Makron bəyan edib ki, rusiyalı idmançıların Olimpiya Oyunlarında fərdi iştirakı ilə bağlı qərar Beynəlxalq Olimpiya Komitəsinə məxsusdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]