PARİSDƏ BEYNƏLXALQ ŞƏN VƏ HAZIRCAVABLAR KLUBUNUN 45 İLLİYİ MÜNASİBƏTİ İLƏ FESTİVAL KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, noyabrın 8-də Parisdə Beynəlxalq Şən və Hazırcavablar Klubunun (ŞHK) 45 illiyi münasibəti ilə festival keçiriləcəkdir.
Fransa ŞHK liqasının və Parisdəki Rusiya elm və mədəniyyət mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalda Hollandiya, Almaniya, Azərbaycan, Özbəkistan, Ukrayna, Rusiya, Fransa, Ermənistan və Finlandiya komandaları iştirak edəcəklər.