Parisdə səsvermə qanun çərçivəsində keçirilir
Paris, 11 aprel, AZƏRTAC
Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Parisdəki səfirliyinin mədəniyyət mərkəzində keçirilən səsvermə qanun çərçivəsində davam edir.
Bu sözləri səsvermə prosesini müşahidə edən türkiyəli jurnalist Tansu Sarıtaylı AZƏRTAC-a müsahibəsində deyib. O, səsvermə prosesinin şəffaf, demokratik keçirilməsi üçün bütün şəraitin yaradıldığını vurğulayıb.
“Heç bir mənfi halla rastlaşmadım. İnsanlar səsvermə məntəqəsinə daxil olur, bülletenləri aldıqdan sonra kabinələrə keçir və öz seçimlərini edirlər”, - deyə T.Sarıtaylı bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris