Azərbaycan Dövlət İnformasiya Agentliyi

Parisdə Vaqif Səmədoğlunun kitabının təqdimatı keçirilib VİDEO

Paris, 7 iyun, AZƏRTAC

Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycan Evinin birgə təşkilatçılığı və Səməd Vurğun ev-muzeyinin maliyyə dəstəyi ilə Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, Xalq Şairi Vaqif Səmədoğlunun fransız dilində nəşr olunmuş “Bir gün təbəssüm olmuşdum” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində səfir Elçin Əmirbəyov Vaqif Səmədoğlunun yaradıcılığından söz açıb, onun xalqımızın tarixini və kimliyini sevən şəxs olduğunu bildirib. Qeyd edib ki, V.Səmədoğlunun yaradıcılığı sovet dövrünə - yaradıcı insanların düşündüklərini azad ifadə edə bilmədikləri dövrə təsadüf edib. Şeirlərinin birində “Doğuldum 1939-da, 1937-də tutuldum” deyən şair hələ doğumundan əvvəl repressiya yaşadığını söyləyir. Bununla o, 1937-ci il repressiyalarını xatırladır. Vaqif Səmədoğlu daim ölkəsinin yenidən müstəqilliyə qovuşması arzusu ilə yaşayır və şeirlərində şifrələnmiş mənalarla bunu ifadə edir. O, bir gün onun da ölkəsinin öz rəngi ilə dünya xəritəsinə yazılacağına ümid edirdi. Azərbaycanın müstəqilliyi arzusu ilə yaşayan şair nəinki ölkəsinin müstəqilliyinin bərpa olunmasını gördü, o hətta 2000-2005-ci illərdə müstəqil ölkənin parlamentinin deputatı oldu.

Şairin fransız dilinə tərcümə edilmiş “Bir gün təbəssüm olmuşdum” kitabının tərcüməçisi və redaktoru nəşrin ərsəyə gəlməsindən söz açıb və onun şeirlərini səsləndirib.

Səməd Vurğun ev-muzeyinin direktoru Nüşabə Vəkilova Vaqif Səmədoğlunun yaradıcılığından söz açaraq, onun keçən əsrin 60-cı illərindən yazmağa başladığını, amma şeirlərinin ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra işıq üzü gördüyünü bildirib. Qeyd edib ki, Vaqif Səmədoğlu haqqında nə yazılıbsa, onun şəxsiyyəti həmişə ön planda olub. Şair zarafatları, sərbəstliyi və daxili azadlığı ilə özünü hamıya sevdirib.

V.Səmədoğlunun şeirlərinin özəllikləri haqqında danışan direktor onun müasir Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu vurğulayıb. Sərbəst şeirə xas olan bir çox özəl keyfiyyətlərin onun poetik təfəkkürünün zənginliyini nümayiş etdirdiyini bildirib.

Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) icra bürosunun və Azərbaycanın Dostları Assosiasiyası inzibati şurasının üzvü Jan-Pyer Allali və tarixçi, şair Payen Appenzeller Azərbaycan poeziya tarixindən danışaraq şairin şeirlərini səsləndiriblər.

Tədbirin sonunda şairin nəticəsi, gənclər üçün Prezident mükafatı laureatı, Paris Musiqi Akademiyasının tələbəsi Vurğun Vəkilov fortepianoda Azərbaycan və xarici bəstəkarların musiqilərini ifa edib.

UNESCO-nun “Sülh naminə incəsənət xadimi” xanım Hedva Ser AZƏRTAC-a bildirib ki, şair cümlələr yox, sözlər vasitəsilə bütün təsəvvürləri yaradıb, hissləri, emosiyaları əks etdirib. V.Səmədoğlunun şeirlərini dinlədikcə müasir poeziyanın əhəmiyyətini anladıq, hər söz, hər ifadə vasitəsilə şairin sonsuz və dərin daxili aləmi ilə tanış olduq. Şeirləri vasitəsilə şairin incə musiqi duyumu, mötəbər incəsənət xadimi olduğunu gördük.

Avropanın ən böyük şəhərlərindən biri olan Parisdə Azərbaycanın tanınmış şairi Vaqif Səmədoğlunun fransız dilində dərc edilmiş “Bir gün təbəssüm oldum” kitabının təqdimatının keçirilməsi ədəbiyyatsevərlərə ən böyük hədiyyədir.

Bu fikri AZƏRTAC-a Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova söyləyib. Qeyd edib ki, Vaqif Səmədoğlu yaradıcılığı çoxşaxəlidir. O, istər dramaturgiya sahəsində, istərsə də poeziya sahəsində sözünü demiş ədiblərdəndir. “Azadlıq mənim doğma anam”, - deyən şairin gücü şifahi xalq yaradıcılığından gəlirdi. O, bəxti gətirmiş şairlərdən idi. Bəstəkarlar ən çox onun yaradıcılığına müraciət ediblər. Şairin sözlərinə bəstələnmiş musiqilər onun adını uzaq diyarlara aparıb çıxarıb.

“Bu gün dünyada informasiya müharibəsi aparılır. XXI əsrdə ən güclü silah mədəniyyətdir. Dağıdıcı kimyəvi silahlar belə sənətin, mədəniyyətin yanında gücsüzdür. Hər xalqın dilində dərc edilən bədii əsərlər o xalqın insanlarının qəlblərini fəth edərək zəfər bayrağını ucaldır. Ona görə müxtəlif dillərə tərcümə edilən əsərlərin sayı nə qədər çox olarsa, bir o qədər dünya ictimaiyyətinə tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız haqqında məlumat vermiş, onları tanıtmış və dostlar qazanmış olarıq.

Bu gün Vaqifin kitabınin fransız dilinə tərcümə edilməsi Azərbaycan ədəbiyyatının təbliğatı sahəsində təqdirəlayiq haldır”, - deyə S.Yusifova bu işlərin davamlı olmasını diləyib.

Fransız tarixçisi, şairi və yazıçısı Payen Appenzeller qeyd edib ki, eyni əsrdə yaşayırıqsa bir-birimizi tanımadan bir-birimizə çox yaxınıq. Bu gün Azərbaycan şairi V.Səmədoğlunun şeirlərini dinləyəndə sanki qardaşımla görüşdüm.

Roman yazanda yazıçı başqasının dili ilə danışır, amma şair öz dili ilə danışır. Şeirdə sual işarəsi çox vacibdir, o, sonsuzluğu göstərir. Şair bu işarə ilə poemanın bitmədiyini bildirir.

“V.Səmədoğlunun şeirlərində hər söz, hər ifadə bir tablodur. Onlar şairin mədəniyyətini, tarixini göstərir”, - deyə P.Appenzeller diqqətə çatdırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Parisdə Vaqif Səmədoğlunun kitabının təqdimatı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Beynəlxalq konfrans - “Azərbaycan Xalq Cümhuriyyəti və Alaş-Orda: dövlət quruculuğunun tarixi təcrübəsi”

Dünya Qadın Seriyası: "Neftçi" Orlean mərhələsinin çempionu olub

Bakıda “Elbəy Rzaquliyev. Ürəyi ilə yaradan rəssam” adlı sərgi açılıb

Aşqabadda Azərbaycan-Türkmənistan elmi əlaqələrindən danışılıb

Qəbələdə barama tədarükünə başlanılıb

Dünya çempionatı: Portuqaliya Konqo ilə heç-heçə edib

Xalça Muzeyində finlandiyalı rəssamlarının sərgisi açılıb

Finlandiya səfiri: Tekstil sənəti hətta bir-birindən uzaq xalqları belə bir araya gətirə bilir

Tramp: İrana son müharibədə 1 trilyon dollardan çox ziyan dəyib

ABŞ Maliyyə Nazirliyinin Texniki Yardım Ofisi ilə gələcək əməkdaşlıq imkanları dəyərləndirilib

Loran Vokye ilə bağlı araşdırma sənədini yoxlamaq üçün 500-ə yaxın könüllü səfərbər olub

® Mərkəzi Gömrük Hospitalında Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd edilib

Tramp: İran ilə müttəfiq olan Çinin və Rusiyanın liderləri çox vaxt münaqişədən kənarda dayanıblar

Fermerlərin xarici bazarlara çıxması üçün yeni imkanlar VİDEO

Fermerlərin xarici bazarlara çıxması üçün yeni imkanlar VİDEO

Fransanın Baş naziri ölkəsinin növbəti il üçün büdcəsinin gecikməsi ilə əlaqədar xəbərdarlıq edib

"Səbail"in yeni rəhbəri bəlli olub

“Qarabağ” mozambikli müdafiəçini transfer edib

MDU-da nəticəyönümlü akademik fəaliyyətin qiymətləndirilməsi üzrə rəqəmsal idarəetmə modeli istifadəyə verilib

Xaçınçaya gələn sel sularının yaratdığı təhlükənin qarşısı alınıb – YENİLƏNİB VİDEO

Xaçınçaya gələn sel sularının yaratdığı təhlükənin qarşısı alınıb – YENİLƏNİB VİDEO

ABŞ Prezidenti: İranla müqavilə sabah və ya o biri gün imzalanacaq

II və III ixtisas qrupları üzrə mayın 24-də keçirilən qəbul imtahanının nəticəsi elan edilib

Ekspert: Sosial platformaların tənzimlənməsi uşaqların rəqəmsal mühitdə müdafiəsini gücləndirməyə kömək edəcək

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

Van İ: Çin İranın qanuni iddialarını dəstəkləyir

“Axios”: ABŞ və İran Anlaşma Memorandumunun daha erkən imzalanmasını müzakirə edir

Bu saata olan əsas xəbərlər

İlk qadın bəstəkarların irsinə həsr olunmuş konfrans təşkil edilib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub VİDEO

Qazaxıstanlı sənətçi: Azərbaycan sirki milli koloritini nümayiş etdirməlidir

Hesablama Palatasının sədr müavini: Rəqəmsal transformasiya ali audit orqanlarına bir sıra üstünlüklər təqdim edir

Azərbaycan və Koreya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu olub

Xankəndidə fəaliyyət göstərən tikiş fabriki fəaliyyətini genişləndirir

ABŞ-nin sahillərinə tropik fırtına yaxınlaşır

Ukrayna Silahlı Qüvvələri Rusiyanın “kölgə donanması”na məxsus tankeri və iki körpünü vurub

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdərə şəhərində keçirilib YENİLƏNİB

Orxan Məmmədov: “Startap” şəhadətnaməsi alan şirkətlərin ümumi dövriyyəsi 63 milyon manata yüksəlib

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

Türk professor: Azərbaycan Türk dünyasının yeni geoiqtisadi mərkəzlərindən birinə çevrilir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

KOBİA sədri: İnnovasiyanın və startap ekosisteminin inkişafı Azərbaycanda əsas prioritet istiqamətlərdən birinə çevrilib

İdarə Heyətinin sədri: İnklüziv sosial müdafiə sahəsində təcrübəmizi beynəlxalq tərəfdaşlarla bölüşməyə hazırıq

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

İcraçı direktor: Ardıcıl islahatlar və dövlət proqramları səhiyyə sisteminin inkişafına mühüm töhfə verib

Sərgi iştirakçısı: Yeni bazarlara çıxış, əlaqələrin yaranması və alıcıların artmasını gözləyirik

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb VİDEO

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb VİDEO

Avropa Parlamenti Gürcüstanla bağlı hesabat qəbul edib

Almaniya ilə Polşa arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə dair saziş imzalanıb

“Şəfa” futbolçusu ilə müqavilə müddətini uzadıb

Binə qəsəbəsində yeni heyvan bazarı fəaliyyətə başlayıb

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya səfər edəcəklər

Livan Prezidenti: İsraillə danışıqlar xətti müstəqildir

Milli ruhun tərcümanı: 95 yaşlı Xalq Çalğı Alətləri Orkestrindən musiqi ziyafəti

Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

® Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

Siyasi şərhçi: Azərbaycan qlobal təhlükəsizliyə töhfə verən əsas aktorlardan biridir

Avropa Parlamenti geni modifikasiya olunmuş bəzi bitkilər üçün tələbləri yumşaldır

Media: Son müharibə dövründə İran aviasiya donanmasının bir hissəsini xarici ölkələrə köçürüb

Azərbaycan-Türkiyə əməkdaşlığı regional sabitlik və qlobal tərəfdaşlığın gücləndirilməsində strateji nümunədir - ŞƏRH

AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

Norveçdə vəhşi qızılbalıq populyasiyaları təhlükə altında qalır

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb VİDEO

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb VİDEO

Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

Qazaxıstanda antiterror təlimləri keçiriləcək

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu iqtisadi tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir

“Azərbaycan Dəmir Yolları” ilə Asiya İnfrastruktur İnvestisiya Bankı logistika sahəsində əməkdaşlığı genişləndirir

Məhkumun həbs olunmamışdan əvvəl gizlətdiyi silah-sursat aşkar edilib – BİRGƏ MƏLUMAT

Ukraynanın Dnepropetrovsk vilayətinin daha 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilib

AZAL: İyun ayının ilk yarısında Naxçıvana 47 mindən çox sərnişin daşınıb

Azərbaycan səhiyyəsi sosial dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi inkişaf edir – RƏY

Aİ Ebola ilə mübarizəyə 493 milyon avro ayıracaq

Mirnuh İsmayılov: Azərbaycan ərazisinin 60-65 faizi müxtəlif səviyyələrdə səhralaşma dərəcəsinə məruz qalıb

Nazir müavini: Biznesdə yeni texnologiyaların tətbiqi vacib məsələlərdən biridir

Gənclər Kitabxanasının direktoru: Səməd Vurğun irsinin süni intellektlə təqdimatı planlaşdırılır

Yeni Dövlət Proqramı aqrar sektorda məhsuldarlıq, ixrac və ərzaq təhlükəsizliyi üzrə yeni mərhələnin əsasını qoyur - ŞƏRH

BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda yer alıb

Zelenski: Fransada keçirilən G7 sammitinin Ukrayna üçün mühüm nəticələri olub

Aslan Cəfərov: Gənclər Kitabxanasında Səməd Vurğunun söz xəzinəsi yenidən canlanır

Norveçin vəliəhd şahzadəsinə uğurlu ağciyər transplantasiyası edilib

“Psixiatriya yardımı haqqında” Qanuna dəyişikliklər parlamentin iclasına tövsiyə olunub

Azərbaycan Milli Məclisi ilə ABŞ Konqresi arasında münasibətlər inkişaf etdirilir

Cari ilin ilk 5 ayı ərzində Energetika Nazirliyi tərəfindən 108 icazə verilib

“Su pəhrizi” ilə çəkini azaltmaq nə qədər sağlamdır?

Portuqaliya yığmasının səfiri: Qurban Qurbanov qələbə qazanmağı sevən mütəxəssisdir

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

DİN: 51 kiloqram narkotik vasitə və 2000 psixotrop həb dövriyyədən çıxarılıb VİDEO

Omanın Sultanı Heytəm bin Tariq Al Səiddən

® “Expressbank”ın İnternet Bankçılıq platformasında – YENİLİKLƏR

Azərbaycan və Özbəkistan arasında işgüzar əməkdaşlığa dəstək artır

Misirli nazir: İƏT-ə üzv ölkələrin infrastruktur ehtiyacları üçün maliyyə çatışmazlığı illik 290 milyard dollara çatır

Ağcabədidə nöqsanlar aşkarlanan pendir istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları “Dəmirli” Filiz Emalı Kompleksində görülən işlərlə tanış olublar

"Xocalı harayı" kitabının təqdimatı olub VİDEO

"Xocalı harayı" kitabının təqdimatı olub VİDEO

Materiallar Müqaviməti üzrə Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb

Nazir müavini: Azərbaycan İƏT-ə üzv 51 ölkəyə inkişaf dəstəyi göstərib

Anja Nitzsche: Süni intellektə yönəlmiş dayanıqlı maliyyələşdirmə mexanizmləri və investisiyalar gücləndirilməlidir