Parlament sədri: Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar olması çox böyük nailiyyətdir
Tbilisi, 29 oktyabr, AZƏRTAC
Mən məmnunam ki, regionumuza yeni nikbinliklə baxırıq. Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin bərqərar olması yolunda irəliləyişin əlamətlərini görürük.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyənin Cümhuriyyət Günü münasibətilə təşkil olunan tədbirdə söyləyib.
Onun sözlərinə görə, buraya Ermənistan və Azərbaycan arasında sülh sazişinin perspektivləri və tranzit məhdudiyyətlərinin aradan qaldırılması kimi vacib məsələlər daxildir.
"Biz, həmçinin Türkiyə və Ermənistan arasında normallaşma prosesində atılan müsbət addımları alqışlayırıq. Gürcüstan bu yeni sülh prosesinin regionda daha çox əlaqə, iqtisadi inkişaf, ticarət və insanlararası mübadilə imkanları yaradacağına qətiyyətlə inanır”, - deyə Papuaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]