PARNİK QAZLARININ YARISINI ATMOSFERƏ ABŞ AVTOMOBİLLƏRİ BURAXIR
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, məruzədə deyilir ki, dünyada təqribən 700 milyon avtomobilin 30 faizi ABŞ-dadır. ABŞ-da avtomobillər uzaq məsafələri qət edir, daha az qənaətli standartlara malikdir, habelə tərkibində çoxlu karbonqazı olan benzin işlədir. Tədqiqatçıların hesablamalarına görə, ABŞ-da minik və yük maşınları 2004-cü ildə ümumilikdə 4,16 trilyon kilometr məsafə qət etmişdir.
Məruzədən məqsəd ABŞ qanunvericilərini avtomobillərin zəhərli qazları üçün daha sərt standartlar qoyulmasına vadar etməkdir. Mütəxəssislər hesablamışlar ki, ABŞ-ın avtomobil nəhəngləri - “Ceneral motors”, “Ford motor” və “Kraysler”in istehsal etdikləri avtomobillər “Toyota motor” maşınlarına nisbətən atmosferə daha çox zəhərli qaz buraxır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]