Paşinyan: Ermənistana yeni konstitusiya lazımdır
Bakı, 19 yanvar, AZƏRTAC
Yeni geosiyasi və regional şərait nəzərə alınaraq Ermənistan üçün yeni konstitusiyanın yazılması zəruridir.
AZƏRTAC xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bunu Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib. “Ermənistanın konstitusiya dəyişikliklərinə deyil, yeni konstitusiyaya ehtiyacı var”, - deyə Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, xalqın demokratik arzuları və ölkənin strategiyası nəzərə alınaraq, parlament idarəetmə forması Ermənistan üçün ən əlverişli variantdır.
“Ermənistanın danılmaz səsvermə nəticəsində xalq tərəfindən qəbul edilən konstitusiyası olmalıdır. Ermənistanı yeni geosiyasi və regional şəraitdə daha rəqabətli respublikaya çevirə biləcək konstitusiyaya ehtiyacımız var”, - deyə baş nazir əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [22:59]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:52]
Keti Zakariaya Ağ Evin mətbuat katibi vəzifəsi təklif olunub
- 09.10.2026 [22:28]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]