CƏMİYYƏT
Payız əkin mövsümü başlayandan indiyədək 785 mindən çox ağac əkilib













Bakı, 4 dekabr, AZƏRTAC
Payız əkin mövsümünün başladığı dövrdən bu günədək ölkənin meşə fondu torpaqlarında, həmçinin meşə fondu olmayan digər ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü və təşkilatçılığı ilə ümumilikdə 785 min 500 ağac əkilib, 24 min 700 kiloqramdan çox toxum səpilib.
Qeyd edək ki, ağacəkmə tədbirlərində ETSN yanında “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən ağac tinglərindən istifadə olunur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, payız ağac əkini ilə əlaqədar ölkə ərazisində genişmiqyaslı ağacəkmə tədbirləri davam edir, meşə və qeyri-meşə fondu torpaqlarında hər bölgənin iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilir, toxumlar səpilir.
Ölkə ərazisində ağacəkmə aksiyalarının keçirilməsi bəşəriyyətin diqqət mərkəzində olan qlobal iqlim dəyişmələrinin qarşısının alınması və ölkəmizin götürdüyü öhdəliklərin yerinə yetirilməsi sahəsində atılan mühüm addımlardan biridir.