CƏMİYYƏT
Paytaxt sakininin mənzilindən dörd kiloqrama yaxın marixuana və tapança götürülüb
Bakı, 10 aprel, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Əmircanov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 25 qramdan artıq tiryək və 6 qramdan çox marixuana götürülüb.
Ətrafında aparılmış tədbirlərlə onun Səbail rayonu ərazisindəki mənzilindən 295 qrama yaxın tiryək, 3 kiloqram 785 qram marixuana və “Reck Perfecta” markalı qaz tapançası aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]