Pedaqoji Kollecin tələbələri respublika ifa müsabiqəsinin qalibi oldu
Bakı, 6 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsi keçirilib. Müsabiqədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri də fəal iştirak ediblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, rəqs müsabiqəsində kollecin rəqs dərnəyinin üzvləri, şeir müsabiqəsində isə kollecin tələbəsi Aytac Süleymanova I yerə və digər tələbə Zəhra Kərimli mahnı müsabiqəsində III yerə layiq görülüblər.