Pekin daha 100 ağıllı fabrik və emalatxana tikməyi planlaşdırır
Bakı, 5 mart, AZƏRTAC
Pekin növbəti üç il ərzində daha 100 ağıllı fabrik və rəqəmsal emalatxana tikməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Pekin bələdiyyəsinin iqtisadiyyat və informasiya texnologiyaları bürosunun 2024-2026-cı illər arasında şəhərin istehsal sektorunda rəqəmsallaşma üzrə fəaliyyət planında yer alıb. Plana əsasən, Çin paytaxtında bütün əsas istehsal kompaniyaları rəqəmsallaşma səviyyəsinə çatdırılacaq.
Çin paytaxtının hakimiyyət orqanlarının məlumatına görə, 2021-ci ildən bəri şəhərdə 103 ağıllı fabrik və rəqəmsal emalatxana tikilib. ÇXR-in Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi 10 mindən çox rəqəmsal emalatxana və ağıllı fabriklə Çinin dünyada ən böyük intellektual istehsalat bazarına çevrildiyini bildirib.
Qeyd edək ki, ötən ay smartfon istehsalçısı “Xiaomi” Pekində ən müasir ağıllı texnologiya ilə təchiz olunan və ildə 10 milyona yaxın telefon istehsal edən yeni fabrikini işə salıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]