PEKİN OLİMPİADASINA LİSENZİYA XARAKTERLİ TURNIRDƏ AZƏRBAYCAN DA TƏMSİL OLUNACAQDIR
Azərbaycanın qadın güləşçisi Zümrüd Qurbanhacıyeva (72 kq) mayın 31-də İsveçin Haparanda şəhərində start götürəcək və Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq II təsnifat turnirində çıxış edəcəkdir.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, Z.Qurbanhacıyeva qadın güləşində hələ qazanılmayan yeganə vəsiqə uğrunda mübarizə aparacaqdır. İki gün davam edəcək yarışın proqramına əsasən, həmyerlimiz iyunun 1-də döşək üzərinə çıxacaqdır. Pekin Olimpiadasına lisenziya qazanmaq üçün Z.Qurbanhacıyeva öz çəkisində ilk üçlüyə düşməlidir.
Xatırladaq ki, hələlik yığmamız qadın güləşində Yay Olimpiya Oyunlarına 4 mümkün lisenziyadan 3-nə sahib çıxmışdır. Həmin vəsiqələri Mariya Stadnik (48 kq), Yuliya Radkeviç (55 kq) və Olesya Zamula (63 kq) qazanmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:32]
“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub
- 09.06.2026 [19:57]
Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub
- 09.06.2026 [19:24]
Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib
- 09.06.2026 [19:08]
Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib
- 09.06.2026 [18:40]
Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub
- 09.06.2026 [18:13]
Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub
- 09.06.2026 [17:47]
DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR
- 09.06.2026 [17:16]