PEKİN OLİMPİADASINDA AZƏRBAYCANI TƏMSİL EDƏCƏK QADIN GÜLƏŞÇİLƏRİN KOMANDASINDA DƏYİŞİKLİK OLMUŞDUR
Azərbaycanın qadın güləşçiləri Pekin Olimpiadasında 4 mümkün çəkidən 3-də təmsil olunacaqlar. Həmin lisenziyalara ötən il Bakıda təşkil olunmuş dünya çempionatında Mariya Stadnik (48 kq), Yuliya Radkeviç (55 kq) və Olesya Zamula (63 kq) sahib çıxmışlar.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, qadın güləşi üzrə yığma komandamızın 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında çıxış edəcək heyətində dəyişiklik edilmişdir. Belə ki,55 kq çəki dərəcəsində Yay Olimpiya Oyunlarına vəsiqəni Yuliya Radkeviç qazanmışdır. Lakin belaruslu legioner ana olmağa hazırlaşdığından yığmaya yeni güləşçi - ukraynalı Yelena Komarova cəlb olunmuşdur.
Beləliklə, Pekin Olimpiadasında ölkəmizin idman şərəfini Mariya Stadnik (48 kq), Yelena Komarova (55 kq) və Olesya Zamula (63 kq) qoruyacaqlar.
Yarışın proqramına əsasən, M.Stadnik və Y.Komarova avqustun 16-da döşək üzərinə çıxacaqlar. Ertəsi gün mübarizəyə O.Zamula qoşulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [23:26]
Dünya çempionatı 2026-nın ilk qolu vurulub YENİLƏNİB
- 11.06.2026 [22:23]
Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]