Pekində 12-ci Syanşan Forumu keçiriləcək
Pekin, 11 sentyabr, AZƏRTAC
Sentyabrın 17-19-da Çinin paytaxtı Pekində “Beynəlxalq düzənin qorunması və dinc inkişafın təşviqi” şüarı ilə 12-ci Syanşan Forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Çinin Milli Müdafiə Nazirliyinin və Hərbi Elmlər Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yüksəksəviyyəli təhlükəsizlik forumunda 100-dən çox ölkənin müdafiə qurumunun rəhbər şəxslərinin iştirakı gözlənilir. Bundan başqa, beynəlxalq təşkilatların, analitik mərkəzlərin nümayəndələri, yüksək rütbəli hərbçilər, hərbi və təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlər də iştirak edəcəklər. Tədbirdə Azərbaycan da təmsil olunacaq.
Forum çərçivəsində 4 plenar iclas, 8 paralel sessiya, yüksəksəviyyəli dialoqlar, gənc hərbi zabitlər, alimlər üçün seminar və brifinqlər keçiriləcək.
Pekin Syanşan Forumu konstruktiv dialoqun aparılması, iştirakçılar arasında konsensus və etimadın əldə edilməsi üçün bərabərhüquqlu, inklüziv platforma təqdim edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbir
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:33]
Çində robotlar arasında basketbol yarışı keçiriləcək
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]