Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət VİDEO
Pekin, 11 dekabr, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, dekabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycanın və Çinin dövlət himnləri səsləndirildi.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Bu milli abidə Çin xalqının azadlıq mübarizəsində həyatlarını itirən qəhrəmanların xatirəsinə ehtiram əlaməti olaraq ucaldılıb.