PENSİYAÇILARA QAYĞI DİQQƏT MƏRKƏZİNDƏDİR
Fonddan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şöbədə vətəndaşların ərizə və şikayətləri operativ həll olunur. Şikayətlərə baxılması ilə əlaqədar xüsusi kitab açılmışdır. Pensiyaçılarla müntəzəm görüşlər keçirilir, onların arzu və istəkləri dinlənilir. Pensiyaların vaxtında verilməsini təmin etmək məqsədi ilə ödəniş müəssisələrində reydlər təşkil olunur. Fond sosial vergilər proqnozunu artıqlaması ilə yerinə yetirir. Rayondakı 11 min 608 nəfər müxtəlif kateqoriyalı pensiyaçıya hər ay 1,5 milyard manat vəsait ödənilir.