Pentaqonun aparat rəhbəri istefa verəcək
Vaşinqton, 6 iyun, AZƏRTAC
Pentaqonun son bir neçə ayda tənqidlərlə üzləşən aparat rəhbəri Kelli Maqsamen bu ayın sonu istefa verəcək. AZƏRTAC-ın verdiyi məlumata görə, bu barədə Müdafiə Departamentinin sözçüsü Sabrina Sing açıqlama verib. O qeyd edib ki, Kelli Maqsamen bu administrasiyanın ilk günündən bu vəzifədə olub və üç il yarımdan sonra digər imkanları dəyərləndirməzdən öncə məzuniyyətə çıxmağa qərar verib.
K.Maqsamen ABŞ müdafiə katibi Lloyd Ostinin 2021-ci ilin yanvarında fəaliyyətə başladığı ilk gündən etibarən onun sağ əli olub. Lakin bu ilin yanvarında aparat rəhbəri xərçəng xəstəliyinə görə müdafiə katibinin xəstəxanaya yerləşdirilməsinə dair məlumatı Ağ Evə və Konqresə 3 gün sonra verdiyi üçün tənqidlərə məruz qalıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]