Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Pərviz Şahbazov: Türkiyə ilə “yaşıl enerji” sahəsində böyük uğurlara imza atmağın vaxtıdır

Bakı, 7 iyun, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov “Turkuaz Media Qrupu”nun təşkilatçılığı və Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən “IV Energetika və Təbii Sərvətlər Zirvəsi”ndə iştirak edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir “Türkiyənin enerjisi - pandemiyadan sonra enerji sənayesini yenidən düşünmək” devizi ilə təşkil olunan tədbirdə çıxış edib. Türkiyənin enerjisinin böyük bir coğrafiyanı aydınladaraq təhlükəsizliyi, sabitliyi, inkişaf və tərəqqini təmin etdiyini vurğulayan P.Şahbazov bu ölkənin vizyonunun postpandemiya dövründə də region üçün strateji əhəmiyyət daşıyacağını qeyd edib.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından başlayan müstəqil enerji siyasətimiz Türkiyə ilə birgə həyata keçirilərək Avrasiya məkanına Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Cənub Qaz Dəhlizi kimi qlobal enerji-kommunikasiya layihələrini qazandırıb. Birgə siyasi iradənin məhsulu olan bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyinə təminat verir, enerji sahəsində əməkdaşlığımızı davamlı prosesə çevirir: “İndiyə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına təkcə Azərbaycanın təxminən 437 milyon tondan çox nefti nəql edilib. Qaz kəmərləri ilə Türkiyəyə “Şahdəniz” yatağından 81,7 milyard kubmetr təbii qaz nəql olunub. 2018-ci ilin iyulundan indiyə kimi TANAP-la Türkiyəyə 10,6 milyard kubmetr təbii qaz nəql olunub. Bu ilin 5 ayı ərzində isə Türkiyəyə nəql olunmuş 4,1 milyard kubmetr qazın 2,2 milyard kubmetri məhz TANAP-ın payına düşüb. Bu dövrdə TAP ilə Avropaya 2,3 milyard kubmetr qaz ixrac edilib. Birgə enerji layihələri hər iki ölkəni dünya üçün əhəmiyyətli enerji mərkəzinə çevirir və Avrasiyanın enerji xəritəsində imzalarını ifadə edir.”

Nazir ortaq hədəflərə doğru həmrəyliklə hərəkətin digər töhfəsi kimi SOCAR-ın Türkiyədə neft emalı-neft-kimya-enerji və logistika inteqrasiyası layihəsində, təbii qazın paylanmasında iştirakını qeyd edib. Bildirilib ki, “Star” neft emalı zavodu, “Petkim” və digər layihələr də daxil olmaqla enerji sahəsində müştərək işbirliyimiz Azərbaycanın Türkiyədəki sərmayəsinin sütununu təşkil edir: “Azərbaycanın Türkiyədəki sərmayəsi 18,3 milyard dollara, Türkiyənin isə Azərbaycana yatırdığı investisiyanın həcmi 13 milyard dollara qədər artıb. Prezident İlham Əliyevin ifadə etdiyi kimi ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər. Bu isə iki ölkə arasındakı siyasi etibardan, etimaddan və əlbəttə ki, qardaş güvənindən irəli gəlir”,-deyə nazir əlavə edib.

Çıxışda, həmçinin energetika sektorunda planlaşdırılan layihələr, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıqdan bəhs edilib. Nazir deyib ki, artıq yaşıl enerji sahəsində böyük uğurlara imza atmağın vaxtıdır: “Azad olunmuş ərazilər ölkə Prezidenti tərəfindən “yaşıl enerji” zonası elan edilib və orada əsasən bərpa olunan enerji mənbələrindən - su, günəş və külək enerjisindən istifadə ediləcək. Türk şirkətləri də azad edilmiş ərazilərdə bərpa olunan enerji layihələrində iştirakda maraqlıdırlar. Xüsusilə Laçın və Kəlbəcərdə külək elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq imkanları var. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində türk şirkətləri ilə əməkdaşlığımız cəlbedici olmaqla bərabər, həm də həmrəyliyimizin rəmzi ola bilər”.

Nazir onu da əlavə edib ki, ərazi bütövlüyümüzün bərpasının yaratdığı imkanlar münasibətlərimizin yüksələn xətt üzrə inkişafını təmin edərək ölkələrimizi strateji, o cümlədən enerji keçidi prosesinin hədəflərinə daha da yaxınlaşdıracaqdır. Hazırda yeni reallıqların yaranması, Türkiyə-Azərbaycan birliyinin regionda həlledici amilə çevrilməsi isə məhz iki ölkənin liderlərinin - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bir-birinə güvəninin, qardaşlığının, gələcəyə aydın baxışlarının zəfəridir.

Qeyd edək ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Beynəlxalq Enerji Agentliyinin icraçı diektoru Fatih Birolun da qatıldığı tədbir üç panel üzrə çıxışlar və müzakirələrlə davam etdirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan idmançıları Yakutskda xapsaqay güləşi üzrə yarışda iki medal qazanıblar

Şərqşünaslıq İnstitutunun şöbə müdiri Barselonada beynəlxalq konfransda çıxış edib

Dünya Kuboku: Azərbaycan karateçisi üçüncü olub

Paytaxtın müxtəlif məkanlarında DOST TV ilə bağlı posterlər nümayiş olunur

Rişi Sunak “10 Downing Street” qarşısında sonuncu dəfə çıxış edib

Sumqayıtda türk diplomatının 44 günlük müharibəyə həsr edilən kitabı təqdim olunub

Gürcüstanın dəmir yolları ilə daşınan yüklərin 26 faizini Azərbaycandan gələn tranzit yükləri təşkil edib

Türkiyə aeroportlarında sərnişinlərin yoxlanılması proseduru sərtləşdirilir

DİM: Dövlət orqanlarında 9 vəzifə müsahibəyə çıxarılıb

Qazaxıstanda ŞƏT Sammitindən sonra “sarı” təhlükə səviyyəsi ləğv edilib

Agentlik: 5 məktəbdənkənar təhsil müəssisəsinin rəhbəri işdən çıxarılıb

Hesablama Palatası Milli Məclisin İşlər İdarəsində audit aparıb

“AzerGold” QSC hasilatın pay bölgüsü haqqında Saziş üzrə səlahiyyətlərinin icrasına başlayıb

Xaçmazda keçirilən kompleks mülki müdafiə təliminə 300 nəfərə yaxın şəxsi heyət cəlb olunub

Fransa klubu Olimpiya Oyunlarının qalibi ilə müqavilə bağlayıb

Şimali Kipr Prezidenti Ersin Tatar Füzuli rayonuna gəlib VİDEO

NATO-nun yeni Baş katibinə Qarabağın minalanmış əraziləri barədə məlumat verilib

Sabah Bakıda və Abşeron yarımadasında 39 dərəcə isti olacağı gözlənilir

İranda prezident seçkilərinin ikinci turunda hər iki namizəd səs verib

Fransada namizədlər və seçki fəalları mütəmadi hücumlara məruz qalır

“Havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı artır” - birgə müraciət

Bələdiyyədə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Hərb Tarixi Muzeyində “Şəhidləri tanıyaq və tanıdaq” adlı anım tədbiri keçirilib

Kir Starmer: Biz bunu bacardıq!

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsvirinin, spesifikasiyasının, nümunəsinin və verilməsi qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC-dən filial və kolleclərlə birlikdə 7000-ə yaxın tələbə məzun olur

“Elektrik şəbəkəsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Həndbol üzrə Azərbaycan çempionatında komanda sayı artırılır EKSKLÜZİV

Energetika naziri Mingəçevirdə vətəndaşlarla görüşəcək

Türkiyənin Erbakır Fen Liseyinin nümayəndə heyəti BANM-də olub

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiqləyən vəsiqənin təsviri müəyyənləşib

Atlantik okeanından 89 miqrantın cəsədi çıxarılıb

Azərbaycanın daha bir parataekvondoçusu beynəlxalq turnirin finalına yüksəlib

Elektrik şəbəkəsinə dair qaydalar təsdiqlənib

Baş Prokurorluq: Elektrik dirəyindən yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır

Mütəxəssis: Fiziki aktiv həyat tərzi ürək-damar xəstəliklərinin qarşısının alınmasında zəruri komponentdir

Türkiyənin 16 vilayətində İŞİD ilə əlaqədə şübhəli bilinən 45 nəfər saxlanılıb

Şərqşünas alim Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” əsəri türk dilinə tərcümə olunub

Orta Dəhlizlə göndərilən Çinin ilk yük avtomobilləri ASCO gəmisi ilə Azərbaycana çatdırılıb

Şöhrəti Yaponiyaya qədər gedib çatan Saatlının biyan balı REPORTAJ

Bayden-Tramp debatı ABŞ-da seçki öncəsi vəziyyəti dəyişib

Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində hərəkət məhdudlaşdırılacaq

Brüsseldə keçirilən konfransda Azərbaycanın mina problemindən, onun ekoloji və humanitar fəsadlarından danışılıb

Almaniyada həqiqi hərbi xidmət bərpa oluna bilər

Naxçıvan gömrüyündə müasir tələblərə cavab verən standartlar tətbiq olunur - mediatur

“Şuşaya bayraq asan cəngavər” kitabının təqdimatı olub

Azərbaycan və Kamerun Gimnastika federasiyaları arasında əməkdaşlıq genişləndirilir

Peşəkar mühasib sertifikatı imtahanı ilə bağlı canlı yayım ediləcək

Dövlət İdarəçilik Akademiyası tələbələrinin “Məzun günü” keçirilib

FHN: Ötən sutka ərzində 63 halda yanğına çıxış olub

Prezident İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Baş prokuror Daşkəsəndə vətəndaşları qəbul edəcək

DSMF: Bu ilin altı ayında 53 minə yaxın elektron arayış alınıb

Dövlət Komitəsi Xocalı şəhərinə infotur təşkil edib VİDEO

Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür

Sabah Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçiriləcək

“Duo-Avey”: Gənc azərbaycanlı istedadlar Parisdə Azərbaycan musiqisi ifa edirlər

Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə finala yüksəlib

® Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

Avropa çempionu: Məşqçilərimin üzərimdə olan əməyi danılmazdır

Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıb VİDEO

Şamaxıda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

III “Yüksəliş” müsabiqəsinin qalibinin təklifləri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin gündəliyinə daxil edilib

Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir

Azərbaycanın ŞƏT-in Sammitinə dəvət olunması Prezident İlham Əliyevin dünya liderləri arasındakı nüfuzunu növbəti dəfə təsdiqlədi - Siyasi şərhçi

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

Orban Moskvaya mümkün səfəri barədə yayılan məlumatı təsdiqləməyib

“Öz teatrını yarat” adlı ilk seminar Akademik Milli Dram Teatrında təşkil olunacaq

Paşinyan Ermənistana yeni konstitusiya lazım olduğunu bir daha bəyan edib

Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi keçirilib

DİN: 1 avtomat silahı və 2 tüfəng təhvil götürülüb

Bu gün qlobal aktorlar Azərbaycanla əməkdaşlıq imkanlarını dəyərləndirmək fürsətlərindən maksimum yararlanmağa çalışırlar - RƏY

Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kipr Bahçeşehir Universitetinin rəhbərliyi TƏBİB-in fəaliyyəti barədə məlumatlandırılıb

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi elan edilib

Leyboristlər Partiyası Britaniyada keçirilən parlament seçkilərində qalib gəlib

Avro-2024: Bu gün 1/4 final mərhələsinə start veriləcək

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 91 dolları ötüb

Prezident İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib YENİLƏNƏCƏK

İranda prezident seçkilərinin ikinci turu başlayıb

Xankəndi Konqres Mərkəzinin təməli qoyulub YENİLƏNƏCƏK

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub YENİLƏNƏCƏK

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub YENİLƏNƏCƏK

DİN: Ötən gün 32 cinayətin üstünün açılması təmin olunub

Amerika Kuboku: İlk yarımfinalçı müəyyənləşib, Messi penaltidən fərqlənə bilməyib

Prezident İlham Əliyev Xocalı hava limanında olub YENİLƏNƏCƏK

Bakıda tozlu hava müşahidə olunur

Kolumbiyada partlayıcı qurğunun işə düşməsi nəticəsində 6 əsgər həlak olub

Çin “Tianhui 5-02” uzaqdan zondlama peykini uğurla orbitə buraxıb

Rütubətli hava ilə necə mübarizə aparmaq olar?

Media: Rusiya aviasiyası Ukraynaya veriləcək F-16-ları tez məhv edəcək

Azərbaycan bəstəkarının musiqi albomu Almaniya və ABŞ-da işıq üzü görüb

Britaniyada “exit-poll”un nəticələri açıqlanıb, Leyboristlər hakimiyyətə gələ bilər

Britaniyada parlament seçkilərində səs vermə başa çatıb

Fransada parlament seçkilərində respublikaçıların namizədlikdən çəkilməsi gözləntilərə həlledici təsir edəcək - SORĞU

Şəkidə fərdi yaşayış evində yanğın olub

“Reuters”: Makronun oyunu Avropanın gələcəyini təhlükə altına salır

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb