Peşə ixtisası üzrə bacarıq və səriştələr qiymətləndirilib

Bakı, 28 avqust, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi həyata keçirilib.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, praktiki imtahan zamanı ərizəçilər peşə ixtisasının müvafiq modulları üzrə hazırlanmış tapşırıqlar əsasında bacarıq və təcrübələrini nümayiş etdirib.
Qeyd edək ki, “Unico Production” MMC ilə TKTA arasında əməkdaşlıq çərçivəsində ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahan şirkətin istehsalat bazasında təşkil edilib.
Agentliyin nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi qismində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Fuad Mehdizadə, işəgötürən nümayəndəsi qismində “Ehram” MMC-nin direktoru Azər Əliyev, sahə üzrə müstəqil ekspert qismində isə Layihələr və Təşəbbüslər Mərkəzinin memar-dizayneri Elçin Aşurov və “UniPro” MMC-nin meneceri Murad Şükürov olublar.
Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” peşə ixtisası üzrə sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddət “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssis” peşəsi üzrə fəaliyyət göstərən şəxslərdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2025 [15:20]
Qlobal İnnovasiya İndeksinin Azərbaycan üzrə göstəriciləri müzakirə edilib
- 17.05.2025 [14:10]
Hüqo Guevara: ABŞ-da 8 mindən çox azərbaycanlı tələbə təhsil alıb
- 17.05.2025 [13:56]
MATE-nin nümayəndə heyəti ADAU-da olub
- 17.05.2025 [11:23]
“Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilir
Almaniyanın Azad Demokratlar Partiyasının yeni sədri seçilib
- 16.05.2025 [23:57]
Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb
- 16.05.2025 [22:40]
Rauf Hacıyevin 103 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib
- 16.05.2025 [22:06]
Ağstafada yol qəzası olub, xəsarət alan var
- 16.05.2025 [21:34]
DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib
- 16.05.2025 [21:33]
Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb
- 16.05.2025 [21:02]
Türküstanda “Yəsəvi İrsi”nə həsr olunmuş beynəlxalq simpozium təşkil edilib
- 16.05.2025 [20:09]
® “Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib
- 16.05.2025 [19:20]
bp ilə əməkdaşlıq çərçivəsində BDU-da yeni mərkəz yaradılıb
- 16.05.2025 [19:15]
MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib
- 16.05.2025 [19:09]