Peşə təhsili almaq üçün müraciət edənlərin sayı 21 mini ötüb
Bakı, 8 avqust, AZƏRTAC
Peşə təhsili müəssisələrinə tələbə qəbulu davam edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, prosesin ilk 10 günü ərzində 21 min 151 nəfərdən 67 min 318 müraciət daxil olub.
Xatırladaq ki, peşə təhsili almaq istəyən şəxslər avqustun 12-dək “portal.edu.az” platformasında qeydiyyatdan keçməklə “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər. 2024/2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 min 960 plan yeri üzrə aparılır. Bu yerlərdən 23 min 185-i dövlət sifarişli, 7775-i isə ödənişlidir. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [22:01]
Azərbaycan Avropa Həftəsində təmsil olunub
- 10.05.2026 [18:18]
Misirdə Azərbaycan dili tədris olunan məktəbə kompüterlər hədiyyə edilib
- 10.05.2026 [17:00]
ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib
- 10.05.2026 [16:48]
AMEA-nın kollektivi Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib
- 10.05.2026 [14:53]
BDU kollektivi Ulu Öndərin məzarını ziyarət edib
- 10.05.2026 [11:45]
Milli Kitabxanada tarixçi-alimə həsr edilən sərgi təqdim olunub
- 10.05.2026 [11:08]