“PİRAMİDA” İLK MƏKTƏBLİ QƏZETİDİR
Bakının Əzizbəyov rayonundakı 181 nömrəli orta məktəbdə Azərbaycan dilində ilk məktəb qəzeti çapdan çıxmışdır. Məktəbin direktoru Nəzakət Mahmudova AZƏRTAC-ın nüxbirinə demişdir ki, onların məktəbi artıq neçə aydır “Dünyanı dəyişmək istəyirsənsə, özünü dəyiş” layihəsində iştirak edir, layihənin məqsədi isə “İctimai Fəal Məktəb” beynəlxalq modelini inkişaf etdirməkdir. Uşaqlar layihə çərçivəsində yerli mikromühit şəraitində vətəndaş cəmiyyətinin modelləşdirilməsini öyrənirlər. Layihəyə görə, onların fəaliyyət sahələrindən biri də xüsusi qəzetin buraxılmasıdır. Dörd ay davam edən məşqlərdən, o cümlədən təcrübəli mətbuat mütəxəssislərinin iştirakı ilə jurnalistika üzrə məşğələlərdən sonra 8-11-ci sinif şagirdləri öz qüvvələri ilə “Piramida” adlı qəzetin ilk nömrəsini buraxdılar. Qeyd etmək lazımdır ki, layihəni Avrasiya Fondu və Ekson MMM Əməliyyat Şirkəti maliyyələşdirir. Layihənin direktoru Açıq Cəmiyyət İnstitutunun “Müzakirələr” təhsil proqramının rəhbəri Rüfət Əliyevdir. Layihəni ictimai təşkilat - “BUTA” Humanitar Fondu həyata keçirir.
Məktəb qəzetinin ilk səhifələri 5-ci sinif şagirdləri A.Simuzərin və N.Aylanın Azərbaycan xalqının ümummilli lideri, unudulmaz Heydər babaya həsr olunmuş, adamı riqqətə gətirən şerləri ilə açılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]