Pirqulu meşəsində payızın qışla görüşü FOTOLAR
Şamaxı, 4 dekabr, AZƏRTAC
Pirqulu meşəsi payızla qışın qovuşuğunda ecazkar bir mənzərəyə bürünür. Hələ tam tökülməmiş qızılı yarpaqlar ilk yüngül qar dənələri ilə qarışır, meşəyə xüsusi bir sakitlik çökür. Ağacların çılpaq budaqları üzərindəki şeh payızın son nəfəsini xatırladarkən, təmiz, ayazlı hava artıq qışın yaxınlaşdığını xəbər verir. Bu keçid dövrü təbiətin böyük səssizliyə hazırlanmasının ən gözəl və unikal anlarından biridir.
AZƏRTAC azərbaycanlı fotoqraf Lyokinin Pirqulu meşəsindən çəkdiyi fotoları təqdim edir.