PİYADA “JİQULİ”NİN QURBANI OLDU
AZƏRTAC xəbər verir ki, Yasamal rayonunun A.Salamzadə küçəsində ağır yol-nəqliyyat qəzası baş vermişdir. Bakı şəhər sakini Vladimir Poqrebnoy “VAZ-2106” markalı avtomaşınla Veysəl Hətəmovu vurmuşdur. Nəticədə piyada hadisə yerində keçinmişdir.
Faktla bağlı cinayət işi açılmışdır.