POLİS ƏMƏKDAŞLARIMIZ ABŞ-DA PEŞƏ TƏCRÜBƏSİ KEÇMİŞLƏR
Nümayəndəlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakı və Sumqayıt şəhərlərinin polis idarələrindən müsabiqə yolu ilə seçilmiş bu polis əməkdaşları Filadelfiyanın Baş Polis Departamentində, Federal Təhqiqatlar Bürosunun bu şəhərdəki nümayəndəliyində keçirilən konfrans və seminarlarda iştirak etmişlər. Onlar ABŞ-da polisin fəaliyyəti və ictimai asayişin qorunması prinsipləri, hüquq mühafizə orqanlarının iş metodları ilə yaxından tanış olmuşlar.
ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Şöbəsi tərəfindən maliyyələşdirilən bu proqram əsasında 10 nəfərlik ikinci qrup ölkəmizin rayonlarından seçiləcək və iyul ayında ABŞ-a göndəriləcəkdir.