Polşa müxalifəti Ukraynadan məhsul idxalını dayandırmağı tələb edir
Bakı, 19 fevral, AZƏRTAC
Polşanın müxalif “Qanun və Ədalət” partiyası ölkənin yeni hakimiyyət orqanlarından Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına dərhal qadağa qoyulmasını tələb edir.
AZƏRTAC xəbər verir ki, “Qanun və Ədalət” partiyasının sədri və respublikanın sabiq müdafiə naziri Mariuş Blaşak bu barədə mətbuat konfransında deyib. “Donald Tusk hökumətindən Ukraynadan idxal olunan kənd təsərrüfatı məhsullarına embarqo tətbiq etməsini istəyirik”, - deyə o bildirib.
Bir müddət öncə polşalı fermerlər ölkənin kənd təsərrüfatı naziri Çeslav Sekerski ilə görüşdə Ukraynadan kənd təsərrüfatı məhsullarının nəzarətsiz idxalı səbəbindən sərhədin müvəqqəti bağlanmasını tələb ediblər. Məlumata görə, Kiyev ilə danışıqlar aparan hökumət hazırda Polşa bazarında mövcud vəziyyəti nəzərə alaraq müəyyən malların idxalına qadağa tətbiq etməyə meyillidir.
Qeyd edək ki, fevralın 9-da fermerlər genişmiqyaslı etiraz aksiyalarına və Polşa-Ukrayna sərhədində keçid məntəqələrinin blokadasına başlayıblar. Onlar qonşu ölkədən ucuz kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmağı və ya tamamilə qadağan etməyi, yerli heyvandarlığa dəstəyi gücləndirməyi tələb edirlər. Etirazçılar fevralın 20-də Ukrayna ilə bütün sərhəd keçidlərini bağlamaqla hədələyirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]