Polşa səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Bakı, 18 fevral, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Polşanın ölkəmizdə yeni təyin olunmuş səfiri Marka Tsalka ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfir etimadnaməsinin surətini nazirə təqdim edib.
Marka Tsalka diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Elmar Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]