Polşada koronavirusa yoluxanların sayı 22 min 473-dür
Varşava, 28 may, AZƏRTAC
Polşada koronavirusa yoluxanların sayı son sutkada daha 399 nəfər artaraq 22 min 473-ə çatıb.
AZƏRTAC xəbər verir ki, daha 4 nəfər koronavirusun fəsadlarından yaranan xəstəliklərdən vəfat edib və ölü sayı 1028-ə yüksəlib.
Hazırda ölkə üzrə 79 min 7 nəfər koronavirus ehtimalı səbəbindən karantində, 19 min 682 nəfər sanitar-epidemioloji nəzarətdə, 2320 nəfər isə xəstəxanadadır, 10 min 330 nəfər tam sağalaraq normal həyatına qayıdıb.
Polşa hökuməti mayın 30-dan etibarən ölkə üzrə əhalinin maska taxma məcburiyyətini aradan qaldırır. Həmçinin yaxın günlərdə artıq 150 nəfərədək insanın toplanmasına da icazə veriləcək.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]
Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]
Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər
- 19.06.2026 [11:57]
Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
- 19.06.2026 [11:37]
Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var
- 19.06.2026 [11:36]
Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]