PORTUQALİYA QİTƏNİN ƏN YAXŞI KOMANDALARINI QƏBUL ETMƏYƏ HAZIRDIR
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Portuqaliyanın 2004-cü ilin Avropa çempionatına hazır ola bilməyəcəyi ilə bağlı narahatlıq vardı, çünki portuqaliyalılar turnir oyunlarının keçiriləcəyi bütün stadionları, əslində, yenidən qurmalı idilər. Lakin UEFA-nın prezidenti Lennart Yuhansson bildirmişdir ki, Portuqaliya tərəfi öz vəzifəsinin öhdəsindən uğurla gəlmişdir.
UEFA-nın icraçı direktoru Lars-Krister Olsson isə demişdir ki, “Avropa çempionatına hazırlıq hələ heç vaxt bu dəfəki kimi rəvan getməmişdir”.
Portuqaliya Futbol Federasiyası bu işdə xüsusi rol oynamış və xeyli zəhmət çəkməli olmuşdur. Stadionların yenidən qurulması bir o qədər çətinlik törətməmişdir. Məmurlar, bununla yanaşı, təhlükəsizlik və nəqliyyatla bağlı bir çox məsələləri də həll etməli olmuşlar. Bütün bu işlər azarkeşlərin nəzərindən qaçmamışdır, odur ki, qarşıdakı oyunlara biletlər sürətlə satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]