Portuqaliyada oynamış azərbaycanlı: “Qarabağ”ın “Braqa”nı keçəcəyinə inanıram
Bakı, 30 dekabr, AZƏRTAC
“Braqa” və “Qarabağ” eyni səviyyədə olan klublardır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sına qarşı keçirəcəyi oyunlarla bağlı danışarkən deyib.
Təcrübəli mütəxəssis Braqa təmsilçisinin Portuqaliyanın iddialı komandalarından biri olduğunu bildirib: “Benfika” və Portu” yerli liqada ən güclü klublar sayılsalar da, “Braqa” da hər zaman özünü yaxşı tərəfdən göstərən kollektivdir. Şansların bərabər olduğunu hesab edirəm. Lakin indiki vəziyyətdə “Qarabağ”ın oyun üslubunu daha yaxşı bildiyim üçün “köhlən atlar”ın mərhələni keçəcəyinə inanıram”.
Futbol karyerası ərzində Portuqaliyanın “Vitoriya” və “İmortal” klublarında çıxış etmiş V. Qasımovun sözlərinə görə, sözügedən ölkədə daha çox texnikalı futbola önəm verilir: “Qarabağ” da bu tərzdə çıxış etdiyinə görə oyun üslubu “Braqa”ya bənzəyir”.
Qeyd edək ki, “Qarabağ” “Braqa”ya qarşı ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]