Azərbaycan Dövlət İnformasiya Agentliyi

Postmüharibə dövründə informasiya siyasəti

Postmüharibə dövründə informasiya siyasəti

Bakı, 3 noyabr, AZƏRTAC

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

Azərbaycan Respublikasının Prezidenti
                                        İLHAM ƏLİYEV
Bakı şəhəri, 22 iyul 2022-ci il

Bu sözlər Prezident, Müzəffər Ali Baş Komandan və postmüharibə reallıqlarının müəllifi İlham Əliyevin milli mətbuatın yaranmasının ildönümü münasibətilə media nümayəndələrinə göndərdiyi təbrik məktubundan götürülüb. Dövlətimizin başçısının 2022-ci il 22 iyul tarixli təbrik məktubu jurnalistlərə məhz Şuşada, milli mədəniyyətimizin və ictimai - siyasi fikir tariximizin tərcümanı müqəddəs məkanda oxundu. Məhz həmin gün Vətən mübarizəsindən sonra - postmüharibə dövründə qarşıya yeni siyasi, iqtisadi, sosial və hərbi hədəflər qoyan, Azərbaycanın müasir dövrdə tamamilə fərqli və ən əsası qlobal tələbələrə uyğun fəaliyyət strategiyasını reallaşdıran, beynəlxalq arenada müasir Azərbaycanın yeni imicini yaradan Lider media sahəsinin da davamlı və hərtərəfli inkişafını, milli mediamızın postmünaqişə mərhələsinin tələb və çağırışları ilə ayaqlaşmasını həlli vacib vəzifə kimi qarşıya qoydu. O zaman bu strategiyanın ana xətti nədir? Yaxud, Prezident İlham Əliyev müasir Azərbaycan mediasını necə görmək istəyir?

Postmünaqişə dövrünün informasiya siyasəti necə olmalıdır?

Prezident İlham Əliyevin müraciətindən nümunə kimi gətirdiyimiz bir cümlə bu suala tam aydınlıq gətirir. Beləliklə, postmüharibə mediası:

1. Milli məsələlərdə prinsipiallıq nümayiş etdirməli və dövlətçilik maraqlarını daim uca tutmalı;

2. Saxta və yalan məlumatlara söykənən qlobal kampaniyalarla effektiv mübarizə aparmalı;

3. Vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətin tərəqqisi naminə yorulmadan çalışmalıdır.

O zaman ortaya daha bir sual çıxır. Qeyd olunan istiqamətlərdə atılan addımların forma və xarakteri, praktik həll yolu necə tənzimlənməli və xüsusən də postmüharibə dövründə necə həyata keçirilməlidir?

Real nümunə varmı?

Bəli, var. Prezident İlham Əliyevin istər müharibə, istərsə də postmüharibə dövründə yürütdüyü dəqiq informasiya siyasəti, dövlət başçısının əsasını qoyduğu hücum diplomatiyasının ideoloji - təbliğat metodikası bu gün hər bir media orqanı, hər bir jurnalist üçün başlıca fəaliyyət konsepsiyası sayıla bilər. Real nümunələr hansılardır?

I nümunə

Prezident İlham Əliyevin 44 gün ərzində xarici media orqanlarına 30-dan çox müsahibə verməsi;

Həmin müsahibələr Rusiyanın “Rossiya-1, “Pervıy”, RBK televiziya kanalları, “Ria Novosti”, TASS və “İnterfaks” agentlikləri, Türkiyənin “TRT Haber”, CNN-Türk, “Haber Global”, “Haber Türk”, NTV, “A Haber” televiziyaları, Fransanın “Sky News”, “France 24” televiziyaları, “Figaro” qəzeti, Almaniyanın ARD televiziyası, Yaponiyanın “Nikkei” qəzeti, ABŞ-ın “Fox News” televiziyası, İtaliyanın Rai-1 televiziyası və “La Repubblica” qəzeti, İspaniyanın EFE informasiya agentliyi, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, “Euronews”, “CNN International”, “BBC News” və s. televiziya kanalları kimi tanınmış media orqanlarına verilib. Bu müsahibələr nəticəsində biz nəyə nail olduq?

- Qardaş Türkiyəni nəzərə almasaq qlobal informasiya arenasında tək mübarizə aparan Azərbaycan yürütdüyü savaşın işğal, təcavüz deyil, məhz “Ədalətli müharibə” olduğunu bütün dünyaya sübut etdi;

- Dünyanın nüfuzlu informasiya orqanlarının jurnalistikanın 3 əsas və ənənəvi prinsipi - obyektivlik, ədalət və qərəzsizlik kimi dəyərlərdən uzaq olduğunu, korporativ maraqlara xidmət etdiyini, bir çox halda isə erməni diaspor və lobbi qruplarının əlində alətə çevrildiyini ortaya qoydu.

- Əsirlərdir xalqımıza qarşı yönələn və dünyada, xüsusən də Avropada “vəhşi azərbaycanlı” obrazını yaradan saxta erməni ideologiyasını darmadağın etdi, Azərbaycan xalqı və Azərbaycan dövlətinin qlobal arenada faktiki yeni imicini yaratdı. Nədir bu imic? Dərin intellekt, Vətən sevgisi və milli - mənəvi dəyərləri, milli prinsipləri hər şeydən uca tutmaq bacarığı. Bütün bunlar postmüharibə mediasının üzərinə düşən birinci vəzifənin praktik nümunəsidir.

II nümunə

Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri və beynəlxalq tədbirlərdə aktiv iştirakı;

Məlumat üçün deyək ki, 2021-ci ildə dünya iqtisadiyyatının kiberhücumlardan çəkdiyi ziyanın həcmi təxminən 6 trilyon dollar təşkil edib. Konkret Azərbaycana gəlincə, əgər 2016-cı ildə hər 40 saniyədən bir kiberhücumların şahidi olurduqsa, 2021-ci ildə bu rəqəm 4 dəfə artıb. Yəni ötən il hər 11 saniyədən bir müxtəlif səviyyədə kiberhücumlar baş verib. Bu faktlar hansı reallığı ortaya qoyur? O reallığı ki, saxta və əsassız məlumatlara söykənən qlobal kampaniyalar və həmin kampaniyaların bilavasitə baş elementi olan kiberhücumlar, dezinformasiyalarla mübarizənin ən effektiv metodlarından biri və birincisi konkret fakt və arqumentlərdir. Beləliklə, Prezident işğaldan azad olunmuş regionlara səfər etməklə:

- Dünyanın diqqətini növbəti dəfə Qarabağa və 30 illik erməni işğalının real izlərinə, erməni vandallığına yönəldir;

- Qarabağda aparılan genişmiqyaslı bərpa-yenidənqurma işlərini daim diqqətdə saxlamaqla böyük qayıdışın ən qısa zamanda reallaşması istiqamətində prinsipial addımlar atır və bu prinsipiallığı da bütün dünyaya nümayiş etdirir;

- Beynəlxalq təşkilatların, konkret olaraq Avropa Şurası, ATƏT, UNESCO-nun (p.s. çox təəssüflər olsun ki, bu siyahıya artıq Avropa İttifaqı da qoşuldu) 30 illik işğal dövründə yürütdüyü qeyri - obyektiv və ikili siyasəti konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırır, işğal edənlə işğala məruz qalan arasında fərqi real görüntülərlə ortaya qoyur;

- Beynəlxalq səfərlərə gəlincə, Prezident İlham Əliyevin yalnız oktyabr ayı ərzində Bolqarıstana, daha sonra Çex Respublikasına, Rusiyaya, Qırğızıstana, Qazaxıstana, Gürcüstana, yenidən Rusiyaya, Əlcəzairə səfərləri, həmçinin dövlət başçısının Bakıda müxtəlif ölkələrin dövlət və hökumət başçılarını, səfirləri, beynəlxalq təşkilatların rəsmi nümayəndələrini qəbul etməsi Azərbaycanın haqq səsinin və mövqeyinin qlobal arenaya çıxarılması baxımdan strateji önəm kəsb edir. Və ideoloji işdə bir mühüm reallığı ortaya qoyur. Effektiv mübarizənin konkret fakt və arqumentlərlə, əyani şəkildə, hadisələrin mərkəzində dayanmaqla aparılması reallığını... Bu, artıq postmüharibə mediasının ikinci prinsipidir.

III nümunə

Prezidentin daim Vətəndaşlarla görüşməsi, Vətəndaşı maraqlandıran suallara yerindəcə, ətraflı cavab verməsi və həmin görüşlərdə yalnız daxili siyasət deyil, həm də Azərbaycanın yürütdüyü regional və qlobal siyasətin ən mühüm detallarına toxunması, şərh etməsi, o cümlədən yerli informasiya vasitələrinə müsahibə verməsi;

Atılan bu addımın və ya ortaya qoyulan praktik nümunənin kökündə nə dayanır?

- Vətəndaşı maarifləndirmək;

- Yalnız daxili siyasi - iqtisadi prosesləri deyil, regional və qlobal miqyasda yaşananları da düşünərək hadisələrə real qiymət verməyi bacaran müasir və ən əsası postmüharibə dövrünün tələblərinə uyğun vətəndaş formalaşdırmaq;

- Vətəndaşın informasiyanı birbaşa mənbədən, Prezidentin özündən almasına şərait yaratmaqla cəmiyyəti kənar təsirlərdən, yaxud müasir dövrün qlobal bəlası sayılan dezinformasiya xəstəliyindən, yad ideologiyadan qorumaq.

Başqa sözlə, atılan bu addım postmüharibə mediasının qarşısına cəmiyyətlə nəfəs almaq, media - cəmiyyət tandemini daha sıx və məhsuldar qurmaq, vətəndaşların dolğun və ilk növbədə, düzgün məlumat əldə etmək hüquqlarını peşəkar səviyyədə reallaşdırmaqla cəmiyyətin tərəqqisinə, deməli tam mənada informasiyalı cəmiyyətin formalaşmasına nail olmaqdır. Bu isə artıq Prezidentin medianın qarşısına qoyduğu 3-cü prinsipinin praktik həlli, real nümunəsidir.

Yekun...

Əslində, atılan bu addımlar postmüharibə mediasının qarşısında duran strateji vəzifələrə aydınlıq gətirməklə yanaşı, yeni dövrün əsas mövzularına, jurnalistlərin diqqət yetirməli olduğu başlıca tematik istiqamətlərə işıq salır. Bunlar hansılardır? Bunlar:

- 44 günlük Vətən müharibəsinin geosiyasi əhəmiyyətinin;

- Qarabağın reinteqrasiyasının və azad Qarabağın yalnız siyasi, sosial və ya hərbi deyil, həmçinin iqtisadi əhəmiyyətinin;

- Qədim Azərbaycan torpaqları, o cümlədən də Şərqi Zəngəzur reallığının tarixi aspektlərinin dünyaya çatdırılmasıdır.

Bir də, xüsusi qeyd edilməlidir ki, yalnız güclü dövlətin və güclü xalqın güclü mediası ola bilər. Müasir Azərbaycan isə Prezident İlham Əliyevin dəfələrlə dediyi kimi tarixinin ən uğurlu və ən güclü dövrünü yaşayır. Deməli, Müasir Azərbaycan Mediası da bu güclə ayaqlaşmalı, postmüharibə dövrünün tələbələrinə adekvat addımlar atmalı və informasiya siyasətində üzərinə düşən strateji vəzifələrin (milli məsələlərdə prinsipiallıq, dezinformasiya ilə effektiv mübarizə və vətəndaşların düzgün məlumat əldə etmək hüquqlarının qorunması) praktik həllinə çalışmalıdır.

Rövşən Raqifoğlu

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri, filologiya elmləri doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir