PRAQADA BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİNİN 115-Cİ SESSİYASI AÇILMIŞDIR
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti, belçikalı Jak Roqqe iyulun 2-də axşam BOK-un 115-ci sessiyasını açmışdır. Təntənəli açılış mərasimi Praqadakı “Obednı dum” (“Paytaxt evi”) teatrında olmuşdur. Roqqe qeyd etmişdir ki, BOK-un sessiyası Praqada üçüncü dəfərdir keçirilir. 1925-ci ildə keçirilmiş birinci sessiya tarixə düşmüşdür, çünki o zaman olimpiya hərəkatının banisi Pyer de Kuberten bu hərəkatdan çıxmışdır. İkinci dəfə Praqa qonaqları 1977-ci ildə qəbul etmişdir. AZƏRTAC-ın İTAR-TASS-dan aldığı məlumata görə, BOK prezidenti təntənəli nitqində Olimpiya oyunlarını keçirmək hüququ uğrunda mübarizəyə qoşulmaq istəyən şəhərlərin sayının get-gedə artdığını məmnunluqla vurğulamışdır. 2010-cu ildə Qış Olimpiadasının sahibi olmaq uğrunda səkkiz şəhər mübarizə aparmışdısa, 2012-ci ildə Yay Olimpiadası uğrunda mübarizəyə doqquz şəhər – Havana (Kuba), İstanbul (Türkiyə), Leypsiq (Almaniya), London (Böyük Britaniya), Madrid (İspaniya), Moskva (Rusiya), Nyu-York (ABŞ), Paris (Fransa) və San-Paulu, yaxud Rio-de Janeyro (Braziliyadan namizəd iyulda müəyyən olunacaq) qoşulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [23:08]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [21:18]
Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]