Premyer Liqa: "Turan Tovuz" "Səbail"ə, "Zirə" "Sabah"a qarşı
Bakı, 30 mart, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XXVIII turunda növbəti oyunlar keçiriləcək.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında "Səbail" doğma meydanda "Turan Tovuz"la qarşılaşacaq. "ASCO Arena"da oynanılacaq görüş saat 16:30-da start götürəcək.
Günün digər oyununda isə "Sabah" və "Zirə" komandaları üz-üzə gələcəklər. "Bank Respublika Arena"dakı matç saat 19:00-da başlayacaq.
Turun ötən gün reallaşan matçlarında "Neftçi" "Qəbələ"yə 1:0, "Qarabağ" isə "Kəpəz"ə 6:1 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisi bu nəticə ilə sona 8 tur qalmış 11-ci çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, tura martın 31-də keçiriləcək "Sumqayıt" - "Araz-Naxçıvan" görüşü ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]