Premyer Liqa: “Sabah” “Kəpəz”ə qalib gəlib
Bakı, 31 avqust, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün son qarşılaşmasında “Kəpəz” Tovuz şəhər stadionunda “Sabah”ı qəbul edib. Matç bakılıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı Gəncə təmsilçisinin heyətində 10-cu dəqiqədə Viktor Braqa açıb. Komandanın ikinci qolunu 18-ci dəqiqədə Lassana Ndiaye vurub. Qonaqlarda isə 53 (cərimə zərbəsi) və 85-ci dəqiqələrdə Coy Lens Mikels, 70-ci dəqiqədə isə Cesse Sekidika fərqləniblər.
Günün “Şamaxı” və “Neftçi” arasında baş tutan ilk görüşündə qol vurulmayıb - 0:0.
Qeyd edək ki, tura sentyabrın 1-də keçiriləcək “Zirə”-“Qarabağ” matçı ilə yekun vurulacaq. Turun əvvəlki oyunlarında “Turan Tovuz” evdə “Səbail”i, “Araz-Naxçıvan” isə səfərdə “Sumqayıt”ı məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]