Premyer Liqada 30-cu mövsümün mükafatlandırma mərasimi keçiriləcək
Bakı, 21 may, AZƏRTAC
Bu gün Premyer Liqada sayca 30-cu olan 2021-2022-ci illər üzrə mövsümün mükafatlandırma mərasimi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, XXVIII turun “Qarabağ” - “Neftçi” görüşündən sonra “Azersun Arena”da təşkil ediləcək tədbirdə “Qarabağ”a çempionluq kuboku və qızıl medal, “Neftçi”yə gümüş mükafat təqdim olunacaq. Bu mövsümün üçüncüsü “Zirə” olacağı halda, kluba medal eyni gündə “Azersun Arena”da veriləcək. Bu yerin sahibi “Qəbələ” olacaqsa, mükafatlandırma qarşıdakı günlərdə keçiriləcək.
Qeyd edək ki, "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq mərasimdə turnirin bombardirinin də mükafatlandırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]