Premyer Liqada ilk dövrənin ən intizamlı və intizamsız komandaları bəlli olub - ARAŞDIRMA
Bakı, 11 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrənin ən intizamlı və intizamsız komandaları bəlli olub.
AZƏRTAC xəbər verir ki, ikinci turun təxirə salınmış “Sumqayıt” - “Sabah” oyunu nəzərə alınmadan tərtib olunan siyahıda ən intizamlı kollektiv “Turan Tovuz”dur. Qərb təmsilçisi 9 tur ərzində cəmi 12 sarı vərəqə ilə cəzalanıb.
İkinci sırada 18 sarı vərəqə görən “Araz-Naxçıvan” komandası qərarlaşıb. İlk “üçlüy”ü “Qarabağ” klubu tamamlayır. Ağdam təmsilçisi ilk dövrənin oyunlarında ümumilikdə 19 rəsmi xəbərdarlıq alıb ki, bunların ikisi qırmızı vərəqə olub. Passivində 23 sarı vərəqə olan “Zirə” dördüncüdür.
Səkkiz oyundan sonra 22 sarı və 2 qırmızı vərəqə alan “Sumqayıt” beşinci sırada yer alır. Altı və yeddinci yerləri hərəyə 25 vərəqə ilə “Neftçi” (22 sarı, 3 qırmızı) və “Kəpəz” (25 sarı vərəqə) kollektivləri bölüşdürür. İlk dövrədə hakimlərin 26 dəfə sarı vərəqə ilə cəzalandırdığı “Səbail” səkkizincidir.
Birinci dövrənin ən intizamsız komandaları isə “Sabah” və “Qəbələ”dir. Bu mövsüm ölkə çempionatında 8 oyun keçirən bakılılar 32 vərəqə (29 sarı, 3 qırmızı) ilə doqquzuncu pilləni tuturlar. Sonuncu sırada qərarlaşan “qırmızı-qaralar”ın passivində isə 30 sarı və 4 qırmızı vərəqə var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [21:36]
Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib
- 11.06.2026 [21:30]
Futbol üzrə dünya çempionatının açılış mərasimi başlayıb
- 11.06.2026 [19:48]
FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]