Prezident İlham Əliyev: Azərbaycan-Malayziya əməkdaşlığının genişlənməsi məmnunluq doğurur
Bakı, 31 avqust, AZƏRTAC
Xoş ənənələr üzərində qurulan Azərbaycan-Malayziya dövlətlərarası əlaqələrinin, qarşılıqlı inam və dəstəyə əsaslanan əməkdaşlığının inkişafı və genişlənməsi məmnunluq doğurur.
AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Malayziyanın Kralı Sultan İbrahimə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanlandığı məktubda yer alıb.
Dövlətimizin başçısı İlham Əliyev məktubunda Kral Sultan İbrahimi və Malayziya xalqını öz adından və Azərbaycan xalqı adından təbrik edərək bildirib: “Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da möhkəmlənəcəkdir”.
Azərbaycan Prezidenti əlamətdar gün münasibətilə Malayziyanın Kralı Sultan İbrahimə cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Malayziya xalqına daim rifah və firavanlıq diləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:00]